"Nazim Süleymanov deyirdi ki..."  - MÜSAHİBƏ
17 yanvar 2014 00:37 (UTC +04:00)

"Nazim Süleymanov deyirdi ki..." - MÜSAHİBƏ

“Neftçi” klubunun kapitanı Rəşad Sadiqov Albaniya təmsilçisi “Partizani” ilə oyundan (2:0) sonra apasport.az saytının Antalyaya ezam olunan əməkdaşının suallarını cavablandırıb.

 

- Hazırlıqla bağlı fikrinizi bildirərdiniz...

 

- Hazırlıq planauyğun şəkildə həyata keçirilir. Artıq ilk yoxlama matçında qələbə qazandıq. Komanda gündən-günə daha yaxşı vəziyyətdə olacaq.

 

- Etiraf edək ki, “Partizani” “Neftçi” səviyyəsində rəqib deyildi. Belə zəif klubla qarşılaşmaq sizə nə verdi?

 

- Sizinlə razıyam. Ancaq hazırlıq dövründə ilk oyunu adətən zəif rəqibə qarşı keçirirsən ki, qələbə qazanasan və bununla, futbolçularda özünəinam artsın. Digər iddialılara fikir verin, onlar da startda özlərindən zəiflərlə üz-üzə gəlirlər. “Partizani” elə də zəif rəqib deyil. “Neftçi” gücündə olmasa da, oynamağa dəyərdi. Ən azı qələbə ruhu yaratdı bizdə.

 

- Növbəti qarşılaşmada daha çətin rəqiblə üz-üzə gələcəksiniz...

 

- Düzdü, “Fənərbaxça”nın adını çəkmək kifayət edir.

 

- İstanbul nəhəngi ilə oynamaq komandanıza nə kimi stimul verəcək?

 

- Hər bir futbolçu üçün “Fənərbaxça” kimi komandaya qarşı oynamaq qürürvericidir. Düzdür, daha məşhur klublarla da qarşılaşmışıq. Ancaq bu oyuna da maraq böyükdür.

 

- Əzəli rəqibiniz “Xəzər Lənkəran” Lənkəranda baş tutan oyunda “Fənərbaxça”ya böyük hesabla uduzmuşdu. Bəs “Neftçi” hansı nəticəyə ümid edir?

 

- Qələbə qazanmağa çalışacağıq. “Neftçi” heç vaxt müdafiə futbolu oynamayıb. Buna misal kimi, “Rubin” və “İnter” kimi klublara qarşı oyunlarımızı göstərə bilərəm. Açığı, müdafiə futbolu oynamağı da bacarmırıq. Açıq futbola üstünlük veriləcək.

 

- Qış fasiləsində komandanızın “sükanı arxasında” dəyişiklik edildi. Böyükağa Hacıyevin yenidən baş məşqçi postuna dönüşünü necə dəyərləndirirsiniz?

 

- O, komandanı yaxşı tanıyan yerli məşqçilər arasında birinci pillədə dayanır. Həm də Böyükağa müəllimdə qələbə ruhu var və bu istəyini futbolçulara aşılaya bilir. Bu, bizim üçün vacib amildir.

 

- Hacıyevin gedişindən sonra komandada nə dəyişmişdi?

 

- Qələbə ruhu azalmışdı. Həm də nizam-intizam zəifləmişdi. Böyükağa müəllim sərtliyi sevir. İmkan vermir ki, hansısa futbolçu komanda daxilində “avtoritet”lik eləsin. Sözünü vaxtında deyir. Əvvəlki məşqçilər bir qədər yumşaqlıq edirdilər. Buna görə də onun əziyyətini çəkdilər.

 

- Transferlərə ehtiyac varmı?

 

- Bilirsiz, Nazim Süleymanovun səhvləri oldu. “Qarabağ”a məğlub olduqdan sonra açıqlama verdi ki, onların əsas və əvəzedici heyətləri də bizdən güclüdür. Belə olsaydı, 3 il ardıcıl çempion olmazdıq. Bu heyətlə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandıq. “Neftçi”yə gələn məşqçi ancaq çempionluq haqda düşünməlidir. O, komandaya gələndə kimlərlə işlədiyini nəzərə almalıdır. Bu heyətə heç kimin zəif deməyə haqqı yoxdur.

 

- Ardıcıl dördüncü dəfə çempion olacağınıza inanırsınız?

 

- Heyətimiz zəif deyil. Əsas istəkdir. Komandada qələbə ruhu olmalıdır. Düzdür, rəqiblərimiz “Qarabağ”, “Bakı”, “Qəbələ” və “İnter” də güclüdürlər. Ancaq biz uğur qazanacağımıza inanırıq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 895
avatar

Oxşar yazılar

Prezidentin nəvələri Messi ilə görüşdü

Prezidentin nəvələri Messi ilə görüşdü

11 dekabr 2024 , 12:55
Mbappe bu il bütün oyunları buraxacaq   - SƏBƏB

Mbappe bu il bütün oyunları buraxacaq - SƏBƏB

11 dekabr 2024 , 11:58
Messi Bakıda - VİDEO

Messi Bakıda - VİDEO

11 dekabr 2024 , 09:35
"Liverpul"un keçmiş oyunçusu Macarıstan klubuna  keçdi

"Liverpul"un keçmiş oyunçusu Macarıstan klubuna keçdi

10 dekabr 2024 , 19:07
"Mançester Yunayted" Reşfordu tezliklə satmağa çalışır  - SƏBƏB

"Mançester Yunayted" Reşfordu tezliklə satmağa çalışır - SƏBƏB

10 dekabr 2024 , 17:49
"Bayer" Arda Güləri  almaq istəyir

"Bayer" Arda Güləri almaq istəyir

10 dekabr 2024 , 15:13
Nani futbolla vidalaşdı

Nani futbolla vidalaşdı

10 dekabr 2024 , 11:58
Messi onu ən çox qəzəbləndirən futbolçunun adını çəkdi

Messi onu ən çox qəzəbləndirən futbolçunun adını çəkdi

10 dekabr 2024 , 09:35