"Mən Mirça Luçeksunun yolu ilə getmirəm"
22 avqust 2013 00:11 (UTC +04:00)

"Mən Mirça Luçeksunun yolu ilə getmirəm"

Avqustun 21-də “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Tofiq Bəhramov adına Respublika stadionunda mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, çalışdırıcı sabah Avropa Liqasının son təsnifat mərhələsində “Ayntraxt”la oyunla bağlı fikirlərini açıqlayıb. 

- Həqiqətən sabahkı oyun təkcə bizlər yox, hamı üçün vacibdir. Yazılardan oxuyuram ki, qələbəmizə inam çox böyükdür və bu, bizə əlavə güc verir. Rəqib güclü olsa da, yenə də maksimum oyuna düzgün hazırlaşmağa, təhlil etməyə çalışırıq. Hər şey ola bilər. Sabah Avropada sonuncu oyunumuzun olmağı, yaxud başqa komandaları bura gətirməyimiz mümkündü. Əsas məqsədimiz sizləri razı salmaqdır. Hər birinizə göstərmək istəyirik ki, rəqibdən çəkinmirik. Biz sona kimi yaxşı oyun göstərməyə, layiqli mübarizə aparmağa çalışırıq.

- “Ayntraxt”ın baş məşqçisi Armin Fe rəqibi yalnız bu axşam rəqibi təhlil edəcəklərini bildirib. Bu, sizə üstünlük verir, yoxsa “Qarabağ”a qarşı saymazyanaqlıdır?
- Məncə, bu, yanlış məlumatdır. Çünki onların məşqçilər korpusu “Xəzər Lənkəran”la oyunumuza baxmışdılar, bizimlə bir oteldə qalırdılar. Hətta məşqçilərindən biri Namiq Yusufovu görərək, tanımışdı. Demişdi ki, bu, 7 nömrənizdir. Rəqib yalnız “Pyast”la oyunumuz izləməyib. Anaq “Gefle” ilə matçlarımızə baxıb, futbolçularımızı tanıyır. 

- Rəqibin hansı üstün cəhətlərini qeyd edərdiniz?
- “Ayntraxt” keçən ilkindən fərqli sitemlə oynayır. Bu il sistemini dəyişib. “Herta” ilə oyunlarda sistem dəyişikləri olub. Bu, bizim üçün sürpriz ola, çaşqınlıq yarada bilər. Ucaboylu futbolçuları var. Bəzi oyunçularınız texniki cəhətdən seçilməsə də, son nöqtəni qoya bilən futbolçuları var. Meyer uzun illər Bundesliqada oynayıb. Başqa yaxşı oyunçuları da var. Sol cinah müdafiəçilərinin 10 məhsuldar ötürmə edib. Ən yaxşısı odur ki, internet, texnika vasitəsilə oyun sistemini futbolçulara göstərə bilərik. Sabah səhər də məşqimiz olacaq və futbolçuları oyuna kimi tam hazır etməyə çalışırıq. 

- Futbol ictimaiiyyətində belə fikir formalaşıb ki, Qurban Qurbanov Mirça Luçeskunun yolu iə gedir. Yəni irəlidə braziliyalı futbolçulara güvənir...
- Bu fikri ilə ilk dəfədir eşidirəm. Biz hər zaman axtarışdayıq. Ancaq yeri gəlsə, braziliyalı futbolçularla işləmək xarakterlərinə görə çətindir. Mən “Şaxtyor”un, Luçeksunun yolu ilə getmirəm.

- “Ayntraxt”ın futboçuları qazondan narazı oldular. Bu, problem yarada bilər?
- Belə düşünmürəm. Vəziyyətin daha yaxşı olmağını istərdik. Ancaq bütün diqqətimizi qazona yönəltsək, oyuna yaxşı hazır ola bilərik.

- Sabah əsas məqsəd qol buraxmamaq, yoxsa qol vurmaq olacaq?
- Hər ikisi. 

- Məşqdə “narıncılar” dayanırdılar. Bu, nə ilə bağlı idi?
- Bu, bir məşq idi. Teatrda da belə məşq olur. 

- Reynaldonun yerində Vüqar Nadirovu oynadacaqsınız?
- Vüqar da ola bilər, Muarem Muarem də. Bu gün Muaremlə məşq etdik. Sabah Vüqarla hazırlaşacağıq. Sadəcə, Nadirovun zədədən sonra hazırlıq səviyyəsini nəzərə alırıq. Ola bilər ki, Vüqarı sonradan meydana buraxdıq, sürətindən istifadə edək.

- “Qarabağ” 3-cü dəfə son təsnifat mərhələsindən çıxa bilməsə, bu, Qurban Qurbanov fiasko sayacaq?
- Biz rəqibi keçmək üçün maksimum edəcəyik. Buna nail olmasaq, söz də deyə bilərsiniz, narazılığınızı da. Sevginizi, tələbinizi başa düşürük və buna hörmətlə yanaşırıq. Sizləri sevindirmək üçün əlimizdən gələni edəcəyik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 953
avatar

Oxşar yazılar