Baş məşqçi: "Cenk Tosun Premyer Liqaya tez uyğunlaşdı"
18 mart 2018 18:02 (UTC +04:00)

Baş məşqçi: "Cenk Tosun Premyer Liqaya tez uyğunlaşdı"

“Everton”un baş məşqçisi Sem Ellardays “Stok Siti” ilə çempionat matçından sonra komandanın futbolçusu Cenk Tosunla bağlı fikirlərini bildirib. Apasport.az saytı xəbər verir ki, o, dubl edərək, Liverpul təmsilçisinə qələbə qazandıran türkiyəli hücumçunu tərifləyib.

 

Ellardays Cenkin İngiltərə çempionatına çox tez uyğunlaşdığını deyib: "Həmişə istəmişəm ki, yüksək səviyyəli futbolçu oyunun axarını dəyişsin, komandaya qələbə qazandırsın. Digər məşqçilər də bu istəkdə olurlar. Cenk bu oyunda o işi gördü. Bir çox futbolçulardan fərqli, Premyer Liqaya tez uyğunlaşdı. Bunu etmək o qədər də asan deyil. Tosun qollar vurub, bizə qələbələr qazandırsa, əla olacaq".

 

 

Qeyd edək ki, "Stok Siti" - "Everton" matçı qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 311
avatar

ApaSport TV

Oxşar yazılar