<b>Topaz Premyer Liqası:</b> “Xəzər Lənkəran” lideri məğlub etdi
01 fevral 2014 19:07 (UTC +04:00)

Topaz Premyer Liqası: “Xəzər Lənkəran” lideri məğlub etdi

Futbol üzrə Topaz Premyer Liqasında mövsümün ikinci yarısına start verilib. Lent.az-ın məlumatına görə, XIX turun açılış matçında lider “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Xəzər Lənkəran”ı qəbul edib.

 

Qonaqlar oyuna baş məşqçsiz çıxıblar. Mustafa Dənizli yüksək təzyiqlə əlaqədar xəstəxanaya yerləşdirildiyindən, onun funksiyalarını əsas köməkçisi Oğuz Çətin yerinə yetirib. Oyun gərgin və maraqlı mübarizə şəraitində keçib. İlk yarıda “Qarabağ” bir neçə əlverişli imkandan yararlana bilməyib. Bir neçə epizodda “Xəzər Lənkəran”ın qapıçısı Orxan Sadıqlı təhlükəli zərbələrin qarşısını alıb.

 

İkinci hissəyə isə qonaqlar daha fəal başlayıblar. Bunun məntiqi nəticəsi kimi 49-cu dəqiqədə “ağ-yaşıllar” hesabı açıblar. Künc zərbəsindən sonra Adrian Skarlatake topu başla “Qarabağ”ın qapısından keçirib. Qalan dəqiqələrdə meydan sahiblərinin cəhdlərinə baxmayaraq, hesab dəyişməyib. Bununla da “Xəzər Lənkəran” 1:0 hesablı qələbə sayəsində xallarını 25-ə çatdırıb və ən azı bir günlük 6-cı pilləyə yüksəlib. Digər tərəfdən, cənublular Dənizlinin baş məşqçi postuna gəlişindən sonra ardıcıl 5-ci matçda (4-ü çempionat, 1-i ölkə kuboku) məğlub olmayıblar . Bu oyunlarda 4 qələbəyə nail olan Lənkəran komandası cəmi 1 heç-heçə ilə kifayətlənib. 14 turdan sonra növbəti ev məğlubiyyəti ilə üzləşən “Qarabağ” isə 36 xalla 1-ci pillədə qalsa da, liderliyini itirmə təhlükəsi ilə üzləşib.

 

Turun qalan oyunları fevralın 2-də keçiriləcək:

 

2 fevral (bazar)

 

13:30. “Bakı” – “Rəvan” (Bakı)
Hakimlər:
Ömər Paşayev, Mübariz Haşımov, Elman Musayev, Teymur Fərhadov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Alik Yunusov

“Bakı” klubunun təlim-məşq bazasının stadionu

 

14:00. “Sumqayıt” – “Qəbələ”
Hakimlər:
Rəhim Həsənov, Yaşar Abbasov, Akif Əmirəli, Ziya Nəsirov

Sumqayıt, Mehdi Hüseynzadə adına şəhər stadionu, süni örtüklü meydan

 

14:00. “Neftçi” (Bakı) – “Simurq” (Zaqatala)
Hakimlər:
Əliyar Ağayev, Zeynal Zeynalov, Vaqif Musayev, Ramiz Məhərrəmov
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, İnqilab Məmmədov

Bakı, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu

 

17:00. “İnter” (Bakı) – AZAL (Bakı)
Hakimlər:
Fariz Yusifov, Namiq Hüseynov, Knyaz Əmiraslanov, Nail Nağıyev

Bakı, “Şəfa” stadionu.

 

 

 

# 1710
avatar

Oxşar yazılar