<b>Konfederasiyalar Kubokunun qalibi bəlli oldu</b>
03 iyul 2017 00:08 (UTC +04:00)

Konfederasiyalar Kubokunun qalibi bəlli oldu

0

Konfederasiyalar Kubokuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, Kubokun qalibinin adına aydınlıq gələn oyunda Almaniya ilə Çili qarşılaşıb. Turnirin əsas favoritlərindən biri olan “bundestim”in bu matçda da minimal hesablı qələbə qazanaraq çempionluğunu elan edib.

 

Rusiyaya əsasən ehtiyat heyətlə yollanan Lövün komandası ilk hissədə vurduğu tək qola sevinib. Stindl almanları çempion edən qələbənin memarı olub.

 

Qeyd edək ki, bu, Almaniya millisinin ilk Konfederasiyalar Kuboku çempionluğudur.

 

Konfederasiyalar Kuboku – 2017

 

2 iyul

 

Final

 

Çili – Almaniya - 0:1

Qol: Stindl, 20

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 319

Oxşar yazılar