<b>Millimizin oyunçusu Avropada birincidir</b>
03 fevral 2018 11:35 (UTC +04:00)

Millimizin oyunçusu Avropada birincidir

Sloveniyanın paytaxtı Lyublyanada keçirilən futzal üzrə Avropa çempionatının final mərhələsinin bombardirlər siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin ilk 2 turundan sonra cədvələ Azərbaycan millisinin oyunçusu Bolinya başçılıq edir.

 

Cəmi 1 oyun keçirən yığmamızın lideri Fransa ilə görüşdə gerçəkləşdirdiyi het-trik sayəsində bombardirlər yarışının vahid lideridi. 5:3 hesablı qələbədə 3 qolla pay sahibi olan Bolinya hərəyə 2 dəfə fərqlənən üç izləyicisindən öndə qərarlaşıb.

 

Təmsilçimizi fransalılar Süheyl Muhidin və Abdessamad Mohammed, həmçinin serbiyalı Draqan Tomiç izləyir. Bu oyunçuların hamısı 2 matç keçirib.

 

Məhsuldar ötürmələrin sayında da liderlər sırasında Azərbaycan yığması təmsil olunub. Düzdü, burada təkhakimiyyətlilik yoxdu. 6 futzalçı hərəyə 2 assistlə fərqlənib.

 

Onlardan ikisi – Eduardo və Fineo millimizin oyunçularıdı. Fransalı Süheyl Muhidin, portuqaliyalı Rikardinyo, serbiyalı Mladen Koçiç və qazaxıstanlı Duqlas Junior hərəyə 2 assistə malikdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 192
avatar

Oxşar yazılar