Azərbaycanı təhqir edən futbolçu baş məşqçi oldu
16 noyabr 2013 11:36 (UTC +04:00)

Azərbaycanı təhqir edən futbolçu baş məşqçi oldu

Türkiyənin “Qaziantepspor” futbol komandasına yeni baş məşqçi təyin olunub. Lent.az-ın məlumatına görə, ötənlərin tanınmış futbolçusu Sergen Yalçınla 1,5 illik müqavilə bağlanılıb.

O, yeni vəzifədə Bülent Uyqunu əvəzləyib. Klubun idarə heyətinin üzvü Mustafa Kızılın sözlərinə görə, Yalçına Tamer Tuna, Murat Şahin ve Stefano Morreno kömək edəcək: “Bülent Uygunla yollarımızı ayırdıqdan sonra bir çox yerli və əcnəbi baş məşqçi ilə danışıqlar apardıq. Ən sonda inadkarlığı və əzmi ilə komandaya fayda verəcəyinə inandığımız Sergen Yalçınla anlaşdıq. Yeni baş məşqçimiz noyabrın 18-də Gaziantepə gələrək, rəsmi müqavilə imzalayacaq”.

Sergen Yalçın futbolçu karyerası ərzində Türkiyə millisi ilə yanaşı, ölkənin “Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş” kimi güclü klublarının formasını geyinib. O, son olaraq 2007-ci ildə “Əskişəhərspor”da çıxış edib və klubdan ayrıldıqdan sonra futbolla vidalaşıb. Yalçın “Beşiktaş”ın aşağı yaş qrupları üzrə komandalarında məşqçi, “Sarıyer”də idman direktoru, telekanallarda isə idman şərhçisi kimi çalışıb. Sabiq hücumçu 2012-ci il Avropa çempionatının Azərbaycan – Türkiyə matçı öncəsi millimizin ünvanına xoşagəlməz fikirlər səsləndirib. O, “Azərbaycan-Mazərbaycan kimi komandaları bir ayaqla yenmək olar” deyib. Millimiz isə “ay-ulduzlular”ı 1:0 hesabı ilə məğlub edərək, onun cavabını verib.

 

Qeyd edək ki, “Qaziantepspor” 11 turdan sonra 8 xalla 16-cı pillədə qərarlaşıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2360
avatar

Oxşar yazılar