«Traktor» Tehranın sevimli «Pesrpolis»inə qalib gəlib
30 noyabr 2013 01:10 (UTC +04:00)

«Traktor» Tehranın sevimli «Pesrpolis»inə qalib gəlib

Təbrizin Səhənd adına stadionunda futbol üzrə yerli «Traktor» klubu ilə Tehranın «Perspolis» komandası arasında keçirilən yarışda təbrizlilər qalib gəlib.

 

 

Lent.az-ın məlumatına görə, futbol üzrə İran çempionatının 16 –cı həftəsində keçirilən bu qarşılaşmada bir qol vurulub. Oyunun 41-ci dəqiqəsində vurulan qolun müəllifi Kərim Ənsarifərddir.

 

Bu qələbədən sonra 29 xal toplayan «Traktor» müvəqqəti olaraq, yarış cədvəlinin birinci pilləsinə yüksəlib.

 

Məlumata əsasən, 30-40 minlik stadion bu dəfə tamaşaçı ilə dolu olub. Yağışlı havada tamaşaçılar «Sədləri sındırın, Urmu gölün doldurun!», «Tehranın «Perspolis»i – Əfqanıstanın sevimlisidir!» kimi şüarlar söyləyiblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 804
avatar

Oxşar yazılar