Almaniyanı Bayern şəhərində «Formula-1»-in rəhbəri Bernie Eccelstone barəsində rüşvət vermək ittihamı ilə istintaq balşayıb.
Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, onun «Bayern LB» bankı idarə heyətinin keçmiş sədri Gerhard Gribkovskiyə 44 milyon dollar rüşvət verdiyi iddia olunurdu.
Gribkovskinin pulu aldığı və vergidən yayındığı məlum olduqdan sonra ona 8,5 il işə kəsilmişdi.
«Formula-1»-in rəhbəri isə barəsində deyilən ittihamları rədd edir. O, barəsində istintaq işinin getdiyini təsdiqləyib. «Rüşvət verdiyimi iddia edirlər. Ancaq mən qanundan kənar heç bir iş görməmişəm»-deyə, «Assoşieyted press»ə müsahiəbsində Bernie Eccelstone bildirib.