“Yuventus” klubu futbol üzrə İtaliya Superkubokunun qalibi olub. Lent.az-ın məlumatına görə, turinlilər Romada keçirilmiş görüşdə “Latsio”nu darmadağın ediblər.
Hesabı 23-cü dəqiqədə Pol Poqba açıb. 52-ci dəqiqədə Corco Kyellini fərqi artırıb. Bundan cəmi 2 dəqiqə sonra Ştefan Lixtştayner daha bir qol vurub. Oyunda son nöqtəni isə 57-ci dəqiqədə Karlos Teves qoyub.
Qeyd edək ki, bu, “Yuventus”un ardıcıl 2-ci, tarixi ərzində isə 6-cı Superkuboku olub.