İtaliya çempionatında 22-ci turun mərkəzi görüşü “Yuventus”la “İnter” arasında keçirilib. Lent.az-ın məlumatına görə, görüş Turin komandasının qələbəsi ilə yekunlaşıb – 3:1.
Meydan sahiblərinin qollarını 15-ci dəqiqədə Stefan Lixtştayner, 47-ci dəqiqədə Corcio Kyellini, 55-ci Arturo Vidal vurub. “İnter”in təsəlli qoluna isə Rolandu imza atıb.
Bu qələbə sayəsində “Yuventus” xallarını 59-a çatdıraraq, ən yaxın izləyicisi “Roma”nı 9 xal geridə qoyub. Amma paytaxt klubunun ehtiyatda bir oyunu qalır. Bu komandanın “Parma” ilə keçirilməli olan görüşü 9-cu dəqiqədə güclü yağış səbəbindən dayandırılıb və qeyri-müəyyən müddətə təxirə salınıb.