İtaliya Futbol Federasiyası azarkeşlərinə görə, “Yuventus” klubunu cəzalandırıb. Apasport.az xəbər verir ki, Turin təmsilçisinin fanatları “Napoli” ilə ev oyununda rəqib əleyhinə təhqir dolu şüarlar səsləndirdikləri üçün federasiya bu addımı atıb.
Bu qərardan sonra “Yuventus” iki ev oyununda boş tribunalar qarşısında çıxış edəcək. İtaliya təmsilçisi həm də 50 min avro cərimə ödəməli olacaq.
Qeyd edək ki, İtaliya A Seriyasının XII turunda keçirilən “Yuventus” – “Napoli” qarşılaşması ev sahibi komandanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.