“Xəzər Lənkəran”da növbəti xoşagəlməz olay
06 avqust 2013 15:10 (UTC +04:00)

“Xəzər Lənkəran”da növbəti xoşagəlməz olay

“Xəzər Lənkəran” futbol klubunun düşərgəsində daha bir xoşagəlməz olay baş verib. Lent.az-ın məlumatına görə, bu dəfə klubun futbolçusu Ağabala Ramazanov komanda yoldaşını təhqir edib.

 

Hadisə Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin ilk turunda “Sumqayıt”la matçın 36-cı dəqiqəsində baş verib. Ramazanov birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

 

AFFA İntizam Komitəsi onu 3 oyunluq cəzaya, klubunu 1000 manat cəriməyə məruz qoyub.

 

Digər tərəfdən, oyunqabağı nəzərdə tutulan iclasda “Xəzər Lənkəran” klubunun nümayəndəsi iştirak etmədiyi üçün kluba daha 1000 manat cərimə kəsilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1514
avatar

Oxşar yazılar