"Xəzər Lənkəran" xorvatiyalı qapıçı Vyekoslav Tomiçi heyətinə cəlb edib. Apasport.az klubun saytına istinadən xəbər verir ki, 30 yaşlı Tomiç ölkəsinin RNK "Split", "Medimurye" və "Hayduk Split" klublarında çıxış etdikdən sonra ilk dəfə Türkiyədə legioner həyatını yaşayıb.
Superliqa təmsilçisi "Karabükspor"un heyətində üç mövsüm ərzində 80-ə yaxın oyunda çərçivəni qoruyan qolkiperin son klubu Moldova "Şerif"i olub.
Qapıçı ilə "Xəzər Lənkəran" arasında bir il müddətinə müqavilə imzalanıb.