"Son günlər KİV-də “Xəzər Lənkəran”ın baş məşqçi postunda dəyişiklik edəcəyi ilə əlaqədar danışıqlar apardığı barədə informasiyalar dolaşır. İctimaiyyətin nəzərinə çatdırırıq ki, klubumuzun hazırkı baş məşqçı Con Bencamin Toşakla 2015-ci ilə qədər müqaviləsi var və sözügedən vəzifəyə təyinatla bağlı heç bir mütəxəssislə danışıqlar aparılmır”. Lent.az-ın məlumatına görə, bu barədə “Xəzər Lənkəran” klubunun yaydığı bəyanatda bildirilir.
Açıqlamada qeyd olunur ki, hazırda klub rəhbərliyi “transfer pəncərəsi” bağlanana qədər maksimum səy göstərib müəyyən mövqelərə uyğun futbolçu keçidlərinin həyata keçirilməsi və məşqçilər korpusuna əlavə mütəxəssislərin cəlb olunması istiqamətində ciddi işlər aparır: “Tanınmış mütəxəssis Con Toşaka inanırıq və onunla birgə qarşıya qoyulan məqsədlərə nail olunacağına əminliyimizi bildiririk”.