“Xəzər Lənkəran” klubu Topaz Premyer Liqasının 2013/2014 mövsümü üçün əsas komandanın sifariş vərəqəsinə 19 futbolçunun adını əlavə edib.
Lent.az-ın verdiyi məlumata görə, sifariş vərəqəsinə qapıçılar Leite Duqlas, Orxan Sadıqlı, müdafiəçilər Manuel Skarlatake, Elnur Allahverdiyev, Radomir Todorov, Alvaro Silva, Vanderson Skarduelli, Rasim Ramaldanov, yarımmüdafiəçilər Elnur Abdullayev, Zohair Benouahi, Rahid Əmirquliyev, Sadio Tounkara, Kamran Abdullazadə, Kazım Kazımlı, Uğur Pamuk, Nikola Qligorov, hücumçular Franka Nildo, Ağabala Ramazanov və Elnur Cəfərovun adları daxil edilib.
Qeyd edək ki, UEFA Avropa Liqasının II təsnifat mərhələsinin “Makkabi”(Hayfa) ilə cavab qarşılaşmasında qeydə alınan böyük hesablı məğlubiyyətdən sonra “Xəzər Lənkəran” klubunun rəhbərliyi 4 futbolçunu - Toni Doblas, Eder Bonfim, Adrian Pit və Marin Orsuliçi əsas heyətdən uzaqlaşdırıb.