“Xəzər Lənkəran” klubu futbol üzrə Topaz Premyer Liqasında “Qarabağ”la keçirəcəyi III tur qarşılaşmasının hazırlıqlarına itkilərlə başlayıb. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, futbolçulardan 6-sı Azərbaycanın müxtəlif milli komandalarının düşərgəsinə yollanıb.
Elnur Allahverdiyev, Rahid Əmirquliyev, Rasim Ramaldanov əsas millimizin, Ağabala Ramazanov U-21, Kamran Abdullazadə U-19, Elnur Cəfərov isə U-17 yığmamızın hazırlığına qatılıb.
Bununla yanaşı daha ciddi itki “Xəzər Lənkəran”ın qapıçı mövqeyində yaşanır. Sol diz nahiyəsində olan zədəsinin yeniləyən Orxan Sadıqlı məşqlərdən kənarda qalıb. Belədə bir neçə gün öncə məşqdə zədələnən Duqlas Leytedən sonra bütün ümidlər gənc qapıçı Tərlan Qasımzadəyə qalıb.
Qeyd edək ki, baş məşqçi Con Toşakın rəhbərliyi altında hazırlığını sürdürən “Xəzər Lənkəran” avqustun 15-də Bakıya yola düşəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş avqustun 18-də olacaq.