Futbol üzrə Topaz Premyer Liqasında 2013-2014-cü il mövsümünə start verilib. Lent. az-ın məlumatına görə, çempionat ilk dəfə 10 komandanın iştirakı ilə 4 dövrəlik sistemlə keçirilir.
İlk turda cəmi 1 heç-heçə qeydə alınıb. Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşündə İsrailin “Makkabi” (Hayfa) komandasına 0:8 hesablı məğlubiyyətin şokundan hələ ayılmayan “Xəzər Lənkəran” “Sumqayıt”a məğlubiyyətdən çətinliklə xilas olub.
Avroliqada mübarizəni davam etdirən “Qarabağ” isə “Gefle” ilə səfər oyunu öncəsi “İnter”ə qalib gəlib – 2:1. Eyni hesabla “Qəbələ” səfərdə “Bakı”nı yenib.
“Neftçi” yay hazırlıq dövründə xaricdə təlim-məşq toplantısı keçməyən yeganə Premyer Liqa klubu AZAL-ı darmadağın edib. “Simurq” isə “Rəvan”ı üstələyib – 2:0.
5 avqust
“İnter” (Bakı) – “Qarabağ” (Ağdam) – 1:2
Qollar: Vaqif Cavadov, 7 - Marinaldo da Silva, 36. Corc Leroy, 57
“Sumqayıt” – “Xəzər Lənkəran” – 1:1
Qollar: Vüqar Əsgərov, 41 - Junior Nildo, 64
4 avqust
“Simurq” (Zaqatala) – “Rəvan” (Bakı) – 2:0
Qollar: Stepan Polyak, 64. Orxan Səfiyaroğlu, 88
“Neftçi” (Bakı) – AZAL (Bakı) – 4:1
Qollar: Bahodir Nasimov, 9. Flavinyo, 29. Rəşad Sadiqov, 36. Emin Mehdiyev, 90+2 - Con Oluremi, 58
“Bakı” – “Qəbələ” – 1:2
Qollar: Mindauqas Kalonas, 12 - Viktor Mendi, 62; 82