Avropa Liqasının II təsnifat mərhələsində İsrailin “Makkabi” klubuna 0:8 hesabı ilə uduzan “Xəzər Lənkəran” antirekorda imza atıb. Apasport.az saytının məlumatına görə, Hayfa təmsilçisi Azərbaycanda meydan sahiblərinin qapısına 8 qol vuran ilk komanda kimi tarixə düşüb.
Belə ki, bu görüşədək nə klublarımızın avrokubok, nə də əsas millimizin oyunları zamanı qonaqlar bu qədər qol vurmamışdı. Qitə miqyaslı turnirlərdən ən ağır yenilgilər 4 top fərqilə olmuşdu. Lənkəranda isə bu antirekord iki qat inkişaf etdi.
Bunadək ən ağır ev yenilgisini “Kəpəz” və “Qarabağ”ın hər ikisi 4 topla almışdı. İndi isə cənublular bu 2 komandanın uduzduğu ümumi hesabla məğlub oldu.
Ən ağır ev yenilgiləri
2012/13 mövsümü, Avropa Liqası
25.07.2013. Xəzər Lənkəran – Makkabi (Hayfa, İsrail) – 0:8
1995/96 mövsümü, UEFA kuboku
08.08.1995. Kəpəz - Austriya (Vyana, Avstriya) – 0:4
1998/99 mövsümü, Kuboklar kuboku
27.08.1998. Qarabağ - Kopenhagen (Danimarka) – 0:4