UEFA Avropa Liqasının II təsnifat mərhələsinin “Makkabi” (Hayfa)-“Xəzər Lənkəran” görüşünün ilk oyunu üçün İsrailə yola düşən komandamız artıq Hayfadadır.
Lent.az-ın verdiyi məlumata görə, iyulun 14-də Bakı vaxtı ilə saat 19.15 də Bakı-Təl-Əviv aviareysi ilə İsrailə yollanan “Xəzər Lənkəran” 3 saat 10 dəqiqəlik rahat uçuşdan sonra İsrailin “Ben Qurion” hava limanına enib.
Komandamız ev sahibi olan komanda tərəfindən ayrılmış avtobusla polis muşaiyəti ilə məskunlaşacağı otelə - “Dan Panorama Hayfa”ya yollanıb. Bu gün isə səhər saatlarında “Xəzər Lənkəran” Hayfada “Makkabi” (Hayfa) klubunun aşağı yaş qruplarının” Kezef” adlanan bazasında ilk məşqinə çıxıb. Hazırda komandanın düşərgəsində zədəli futbolçu yoxdur və komanda tam heyətlə hazırlığını davam etdirir. Sabah isə “Xəzər Lənkəran” səhər və axşam məşqləri olmaqla iki məşq prosesi keçirəcək.