“Xəzər Lənkəran”-ın  baş məşqçisi bəxtindən şikayətlənib
04 oktyabr 2013 22:37 (UTC +04:00)

“Xəzər Lənkəran”-ın  baş məşqçisi bəxtindən şikayətlənib

“Məşqçi karyeram boyunca belə oyun görməmişəm”. Apasport.az saytının xəbərinə görə, bunu “Xəzər Lənkəran” klubunun baş məşqçisi Con Toşak deyib.


“Ağ-yaşıllar” Topaz Premyer Liqasının IX turununda “Rəvan”la qarşılaşdı. 1:1 hesabı ilə yekunlaşan oyundan sonra uelsli mütəxəssis bəxtdən şikayətlənib: “Bir oyunda bu qədər qol vəziyyəti yaradasan, amma bundan istifadə edə bilməyəsən... Bu, möcüzədi. Yaratdığımız qol epizodlar lap çox oldu. Özüm də dəhşətə gəlirəm. Necə olur ki, bunlardan yararlana bilməyəsən. Komandadan yeganə narazılığım, qol epizodlarından bəhrələnə bilməməyidir. Bizdə belə bir el məsəli var: Atı su içməyə aparırsan. Amma at su içmirsə, nə edə bilərsən? Başqa söz tapa bilmirəm”. 

Braziliyalı hücumçu Junior Nildonun yaratdığı imkanları qaçırmasına da toxunan Toşak ondan narazı qalmadığını söyləyib: “O, hər oyunda bir neçə qol imkanı yaradır. Mən yeni hücumçu alsam, Nildo kimi futbolçu alaram. Çünki, qol vəziyyətlərini Nildo özü yaradır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 806
avatar

Oxşar yazılar