“Kruzeyro” klubu tarixində 3-cü dəfə Braziliya çempionu olub. Lent.az-ın məlumatına görə, ölkə çempionatının 34-cü turunda Belu-Orizonti komandası “Vitoriya”nı 3:1 hesabı ilə yenərək, qızıl medalları təmin edib.
Çempionatın sonuna 4 tur qalmış “tülkülər” ən yaxın izləyicisi “Atletiko Paranaense”ni 16 xal geridə qoyub.
Qeyd edək ki, “Kruzeyro” daha öncə 1966 və 2003-cü illərdə Braziliyanın ən güclüsü sayılıb.