“Traktorsazi”nin oyunlarını idarə edən hakimlərin kobud səhvləri və İFF-nin açıq şəkildə yürütdüyü ayrı-seçkiliyə etiraz olaraq komanda azarkeşləri maraqlı aksiyaya hazırlaşırlar. Lent.az-ın məlumatına görə, Təbrizdə keçiriləcək növbəti oyun “Traktor”la və “İstiqlal” arasında olacaq. Həmin oyunun 20-ci dəqiqəsindən etibarən 3 dəqiqə ərzində azarkeşlər qırmızı lentlərlə ağızlarını və gözlərini bağlayacaqlar. Həmin oyunda maraqlı şüarlar və olaylar da gözlənilir.