Antalyada təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” qonşu ölkədə üç yoxlama oyunu keçirəcək. Lent.az-ın klubun saytına istinadən məlumatına görə, artıq rəqiblərin kimliyinə də aydınlıq gəlib.
“Kimyaçılar” ilk yoxlama matçına bu gün çıxacaq. Bakı vaxtı ilə saat 19:00-da başlayacaq görüşdə Samir Abasovun rəhbərlik etdiyi komanda Qazaxıstan təmsilçisi “Akjayık”la üz-üzə gələcək. Ural təmsilçisi başa çatmış mövsümdə 53 xal toplayaraq Qazaxıstan 1-ci liqasının qalibi olub və Premyer Liqaya vəsiqə qazanıb.
“Sumqayıt” növbəti yoxlama oyunlarını Rumınya yüksək liqa klublarına qarşı keçirəcək. “Gənclik şəhərinin təmsilçiləri” yanvarın 20-də “Voluntari”, 22-də isə 4 dəfə ölkə çempionu olmuş “Petrolul”la üz-üzə gələcək.
Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.