![[b]“Ştutqart”ın YENİ BAŞ MƏŞQÇİSİ müəyyənləşdi[/b]](https://lent.az/storage/news/2019/may/20/big/1334c0935ab4ca6d7db427341ff5f6f7.jpg)
[b]“Ştutqart”ın YENİ BAŞ MƏŞQÇİSİ müəyyənləşdi[/b]
0
0
Almaniyanın “Ştutqart” klubunun yeni baş məşqçisi müəyyənləşib.
ONA-nın məlumatına görə, Ştutqartın eyniadlı təmsilçisini yeni mövsümdən Tim Valter çalışdıracaq.
43 yaşlı mütəxəssislə iki illik müqavilə imzalanıb. O, 2021-ci ilin yayına qədər Almaniya klubuna rəhbərlik edəcək.
Əvvəllər “Bavariya”nın gənclərdən ibarət komandasına rəhbərlik edən T.Valterin son iş yeri “Kiel” olub. 2-ci Bundesliqada mübarizə aparan komanda başa çatan mövsümdə 6-cı yeri tutub.
Qeyd edək ki, baş məşqçi Markus Vaynsirli apreldə istefaya göndərən “Ştutqart” Bundesliqada 16-cı yeri tutub. Komanda yerini qorumaq üçün “Union Berlin”lə pley-off oyunlarında qüvvəsini sınayacaq.
0
0