“Şahdəniz-2” ilə daha bir müqavilə bağlandı
28 dekabr 2013 13:32 (UTC +04:00)

“Şahdəniz-2” ilə daha bir müqavilə bağlandı

Xəzər dənizinin Azərbaycan hissəsində yerləşən «Şahdəniz» qaz yatağının Mərhələ 2 çərçivəsində işlənməsi üçün növbəti iri müqavilə bağlanıb.


 

Layihənin operatoru olan «BP-Azerbaijan» şirkətindən Lent.az-a verilən məlumata görə, KBR şirkəti ilə bağlanan bu müqavilə «Şahdəniz-2» layihəsi üçün müfəssəl mühəndis-layihələndirmə, layihənin idarə olunması və təchizat-tədarük işləri üzrə dəstək xidmətlərinin göstərilməsini nəzərdə tutur. Müqavilənin bağlanması dekabrın 17-də Bakıda imzalanan Mərhələ-2 işlənməsi üzrə yekun investisiya qərarından sonra gerçəkləşib.

 

Müqavilənin dəyəri 365 mln. ABŞ dolları təşkil edir. Sözügedən müqavilə çərçivəsində nəzərdə tutulan işlərin 2014-cü ilin yanvar ayında başlanması planlaşdırılır və bu işlərin 2018-ci ildə başa çatacağı gözlənilir.

 

Bu müqavilənin iş həcmi bir-biri ilə körpü vasitəsilə birləşdirilən iki platformadan ibarət «Şahdəniz-2» dəniz kompleksi üçün dənizdə mühəndis-layihələndirmə işlərinə dəstək, Səngəçal terminalında hər birinin gücü gündə 900 mln. kubfut olan iki qaz texnoloji xəttindən ibarət qaz emalı qurğusu və gündə təxminən 105 min barel gücə malik kondensat emalı qurğuları üçün quruda mühəndis-layihələndirmə işlərinə dəstək xidmətləri, təchizat-tədarük xidmətlərinin göstərilməsi və layihə üzrə məlumatların idarə olunması üçün inteqratordan ibarətdir.

 

Qeyd edək ki, «Şahdəniz» layihəsində BP (28,8%), Azərbaycan Dövlət Neft Şirkəti (16,7%), «Statoil» (15,5%), «Total» (10 %), «LUKoil» (10%), NICO (10%) və TPAO (9%) şirkətləri iştirak edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 711
avatar

Oxşar yazılar

Rumıniya Ukraynanı 3:0 məğlub etdi

Rumıniya Ukraynanı 3:0 məğlub etdi

17 iyun 2024 , 19:12
Serxio Ramos "Sevilya"dan ayrıldı

Serxio Ramos "Sevilya"dan ayrıldı

17 iyun 2024 , 19:01
Nəyə görə futbolda Böyük Britaniya komandası  yoxdur? - SİRRİ məlum oldu

Nəyə görə futbolda Böyük Britaniya komandası yoxdur? - SİRRİ məlum oldu

17 iyun 2024 , 16:05
Futbolçu otel otağında fahişədən qaçdı

Futbolçu otel otağında fahişədən qaçdı

17 iyun 2024 , 10:40
İngiltərə Serbiyanı məğlub etdi

İngiltərə Serbiyanı məğlub etdi

17 iyun 2024 , 00:54
Sloveniya Danimarka oyununda iki qol  vuruldu

Sloveniya Danimarka oyununda iki qol vuruldu

16 iyun 2024 , 22:04
Daha bir idmançımız Yay Olimpiya Oyunlarına VƏSİQƏ QAZANDI

Daha bir idmançımız Yay Olimpiya Oyunlarına VƏSİQƏ QAZANDI

16 iyun 2024 , 21:12
Premyer Liqa tarixinin  ən gənc baş məşqçisi   oldu

Premyer Liqa tarixinin ən gənc baş məşqçisi oldu

16 iyun 2024 , 19:28