“Rəvan”ın oyunçusu 6 ay futbolsuz qaldı
06 avqust 2013 18:31 (UTC +04:00)

“Rəvan”ın oyunçusu 6 ay futbolsuz qaldı

Bakının “Rəvan” klubunun futbolçusu Tofiq Mikayılov bu il yaşıl meydana çıxa bilməyib. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Mikayılov Topaz Premyer Liqasının ilk turunda “Simurq”la oyunun ilk yarısında zədələnib.

 

Meydanı vaxtından əvvəl tərk etməli olan oyunçunun dizindəki xaçvari bağlarının sıradan çıxdığı aşkarlanıb. 6 aylıq müalicəyə ehtiyac duyan Mikayılov bu səbəbdən 2013-cü ildə bir də yaşıl meydana ayaq basa bilməyəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 461
avatar

Oxşar yazılar