İspaniyanın “Real Madrid” klubunun rəhbərliyi İngiltərə “Tottenhem”i ilə futbolçu Qaret Beylin transferinə dair danışıqlara başlayıb. Lent. az-ın “El Confidencial”a istinadən verdiyi məlumata görə, transfer məbləği 100 milyon avro təşkil edə bilər.
Əvvəllər “Tottenhem” yarımmüdafiəçisini ən yüksək belə məbləğə buraxmaq istəmədiyini bildirib. Amma indi “kral klubu”nun inanılmaz təklifi London klubunu fikrindən döndərib.
Qeyd edək ki, Qaret Beyl ötən mövsüm İngiltərə çempionatında 33 oyuna 21 qol vurub və 4 məhsuldar ötürmə verib. O, 2012-2013-cü il mövsümünün yekununda Premyer Liqada ilin futbolçusu sayılıb.