İspaniyanın “Real” klubu İngiltərə “Tottenhem”inin futbolçusu Qaret Beylin transferi ideyasından imtina edib. Lent.az-ın “The Telegraph”a istinadən verdiyi məlumata görə, 24 yaşlı yarımmüdafiəçinin keçidinin baş tutmaması bir neçə səbəblə əlaqədar olub.
“Kral klubu” Beyl üçün 105 milyon funt sterlinq ödəməyi məqsədəuyğun saymayıb. Bu məbləği “Tottenhem” tələb edirdi.