“Qəbələyə ağ bayraq qaldırmağa getmirik”
19 dekabr 2013 14:43 (UTC +04:00)

“Qəbələyə ağ bayraq qaldırmağa getmirik”

 

“Çox çətin və narahat olduğumuz rəqibə qarşı oynayacağıq”. Lent.az-ın məlumatına görə, bunu “Qəbələ” ilə Topaz Premyer Liqasının XVIII tur matçı öncəsi “Bakı” klubunun baş məşqçisi Milinko Pantiç deyib.

 

Serbiyalı mütəxəssis paytaxt klubunun rəsmi saytına açıqlamasında rəqibin hücum xəttində çox güclü oyunçuların cəmləşdiyini xüsusi vurğulayıb. Lakin o, Qəbələyə təslim olmağa getmədiklərini əlavə edib: “Ümumi heyətə baxanda “Qəbələ”də hamı oynadığı mövqedə güclüdür. Amma “Bakı” olaraq Qəbələyə ağ bayraq qaldırmağa getmirik. İlk dövrənin açılış oyununda “Qəbələ”yə 1:2 hesabı ilə yenildik. İndi isə revanş almalıyıq. İlin son görüşüdür deyə, nəyimiz var onu da meydanda göstərməliyik. Qış fasiləsinə turnir cədvəlinin hansı mövqeyində yollanırıqsa, deməli, bu yerə layiqik. Ancaq bundan da yaxşı ola bilərdi. Son nəticəni 2014-cü ilin may ayında görəcəksiz”.

 

Qeyd edək ki, dekabrın 20-də keçiriləcək “Qəbələ” – “Bakı” matçı saat 13:00-da başlanacaq.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 737
avatar

Oxşar yazılar