"Qəbələ" klubu Rusiya milli komandasının sabiq futbolçusu Marat İzmaylovu Portuqaliya “Portu”sundan icarəyə götürmək istəyir. Lent.az-ın “Qəbələ”nin rəsmi saytına istinadən verdiyi məlumata görə, bununla bağlı İzmaylovun özü və klubu ilə danışıqlara başlanılıb.
Moskvanın "Lokomotiv" klubunun yetirməsi olan təcrübəli yarımmüdafiəçi Rusiya millisinin heyətində 35 oyun keçirib. 2007-ci ildən karyerasını Portuqaliyada davam etdirən futbolçu öncə "Sportinq", daha sonra "Portu" klubunda çıxış edib.
Danışıqların gedişi ilə bağlı mətbuata məlumat veriləcək.