“Qəbələ” Cavid Hüseynovun adının iştirak ərizəsinə salınmasına aydınlıq gətirdi
12 avqust 2015 15:53 (UTC +04:00)

“Qəbələ” Cavid Hüseynovun adının iştirak ərizəsinə salınmasına aydınlıq gətirdi

0

 

“Biz iştirak ərizəsini UEFA-ya əvvəlcədən göndərmişdik. Həmin vaxt Cavid Hüseynovla bağlı hələ həbs qətimkan tədbiri seçilməmişdi”. Bunu apasport.az saytına “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov deyib.

 

Jurnalist Rasim Əliyevin ölümü ilə əlaqədar barəsində həbs qətimkan tədbiri seçilən Cavid Hüseynovun adının  “qırmızı-qaralar”ın Avropa Liqasının pley-off mərhələsində “Panatinaikos”la keçirəcəyi oyunda açıqlanan iştirak ərizəsində olması təəccüblə qarşılanıb.

 

Fariz Nəcəfov ərizənin qitə futbol qurumuna əvvəlcədən göndərildiyini qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 391

Oxşar yazılar