“Qarabağ”ın hücumçusu ən yaxşı legioner seçildi
26 aprel 2017 19:41 (UTC +04:00)

“Qarabağ”ın hücumçusu ən yaxşı legioner seçildi

“Qarabağ”ın hücumçusu Dino Ndlovu ölkəsində mükafatlandırılıb. Apasport.az citizen.co.za saytına istinadən xəbər verir ki, 27 yaşlı forvard ötən ay həmyerlilərini qabaqlayıb.

 

Belə ki, o, Cənubi Afrika Respublikasının (CAR) legioner həyatı yaşayan futbolçuları arasında martın ən yaxşısı adına layiq görülüb. Ndlovu buna “Qarabağ”dakı çıxışı ilə nail olub. Ağdam klubunun qol ümidi artıq mükafatına da qovuşub.

 

Martda “Qarabağ”ın heyətində ölkə çempionatı və kuboku daxil olmaqla, ümumilikdə 4 oyun keçirən Ndlovu 2 qola imza atıb.

 

Dinonun Azərbaycan Premyer Liqasının cari mövsümündə 9 qol vuraraq, komandasının qızıl medallar qazanmasında böyük rol oynadığı vurğulanıb. Onun son tur öncəsi bombardirlər yarışında mübarizəni davam etdirdiyi də qeyd olunub. Sona 1 tur qalmış təcrübəli hücumçu “İnter”li Rauf Əliyev və “Qəbələ”li Filip Ozobiçi izləyir. Dino hər iki futbolçudan 2 top geri qalır.

 

Maraqlıdı ki, Ndlovunun çempionatda qol vurduğu oyunlarda “Qarabağ” ümumilikdə aktivinə 22 xal  yazdırıb. Bu isə 7 qələbə və 1 heç-heçə deməkdi.

 

Dino Ndlovu çempionatdakı 9 qola 22 oyunda, yəni meydanda olduğu 1671 dəqiqədə nail olub. “Qarabağ”ın hücumçusu ölkə kubokunda isə 4 görüşdə (239 dəqiqə) iştirak edib və rəqib qapılarına 4 dəfə yol tapıb. 

 

Qeyd edək ki, Ndlovu “Qarabağ”a ötən il Kiprin “Anortosis” klubundan transfer olunub. O, 2012-ci ildə debüt etdiyi CAR yığmasında bu vaxta qədər 4 oyun keçirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 264
avatar

Oxşar yazılar