“Qarabağ”ın Çempionlar Liqasının yeni mövsümündə ilk rəqibi müəyyənləşdi
18 iyun 2019 16:46 (UTC +04:00)

“Qarabağ”ın Çempionlar Liqasının yeni mövsümündə ilk rəqibi müəyyənləşdi

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın avrokuboklar mövsümündəki ilk rəqibi müəyyənləşib.
 
APA-nın məlumatına görə, Ağdam təmsilçisi Çempionlar Liqasının I təsnifat mərhələsində Albaniyanın "Partizani" klubu ilə qarşılaşacaq.
 
UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan püşkatmanın nəticəsinə əsasən Qurban Qurbanovun yetirmələri ilk matçı səfərdə keçirəcəklər. Bu oyun iyulun 9-u və ya 10-da baş tutacaq. Cavab qarşılaşması isə bir həftə sonra oynanılacaq.
Qarşılaşmaların vaxtı püşkatmadan sonra dəqiqləşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 825
avatar

Oxşar yazılar