“Qarabağ”ın Çempionlar Liqasındakı potensial rəqibi müəyyənləşdi
22 iyul 2019 14:12 (UTC +04:00)

“Qarabağ”ın Çempionlar Liqasındakı potensial rəqibi müəyyənləşdi

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.
 
APA-nın məlumatına görə, İsveçrənin Nyon şəhərindəki tədbirdə II təsnifat mərhələsinin cütləri və yarışa bu raunddan başlayacaq komandalar qatılıblar.
 
Çempionlar yolunda 10 cüt və 2 klub, Liqa yolunda 2 cüt və 6 klubun rəqibi bəlli olub. Azərbaycan çempionu “Qarabağ”ın potensial rəqibi də müəyyənləşib.
 
Ağdam klubunun İrlandiya təmsilçisi “Dandolk”la yer aldığı cütün qalibi növbəti raundda "Sutyeska" (Monteneqro) / APOEL (Kipr) cütünün qalibi ilə görüşəcək. Bu mərhələnin oyunları 6-7 və 13 avqustda keçiriləcək.
 
Azərbaycan çempionu “Dandolk” səddini adlasa, ilk qarşılaşmasına səfərdə çıxacaq. 
 
Qeyd edək ki, II təsnifat mərhələsinin “Dandolk” – “Qarabağ” görüşü iyulun 24-də, cavab oyunu isə ayın 31-də baş tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 504
avatar

Oxşar yazılar