“Qarabağ”ın Avropa Liqasındakı mümkün rəqibləri bilindi
05 avqust 2019 15:54 (UTC +04:00)

“Qarabağ”ın Avropa Liqasındakı mümkün rəqibləri bilindi

0
 
 
Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.
 
APA-nın məlumatına görə, avrokuboklarda mübarizəni davam etdirən Azərbaycan klubunun da rəqibi müəyyənləşib.
 
Çempionlar Liqasında uğurla çıxış edən “Qarabağ”ın Kipr APOEL-i ilə pley-off mərhələsindəki cütünün mümkün rəqibi dəqiqləşib. Ağdamlıların cütündə uduzan komanda Avropa Liqasının "Sutyeska" (Monteneqro) – “Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə üz-üzə gələcək. APOEL – “Qarabağ” görüşünün uğursuzu ilk matçı səfərdə keçirəcək.
 
Qeyd edək ki, Avropa Liqasının pley-offu avqustun 21-də və 28-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 763

Oxşar yazılar