“Qarabağ” yeni mövsümdə ilk ev oyununu keçirəcək
17 iyul 2019 02:10 (UTC +04:00)

“Qarabağ” yeni mövsümdə ilk ev oyununu keçirəcək

 
 
Bu gün futbol üzrə Azərbaycan çempionu “Qarabağ” növbəti avrokubok matçını keçirəcək.
 
APA-nın məlumatına görə, Ağdam təmsilçisi Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda qüvvəsini sınayacaq.
 
Qurban Qurbanovun yetirmələri Albaniyanın “Partizani” klubu ilə qarşılaşacaqlar. Ötən həftə Tiranada keçirilən qarşılaşmada qolsuz heç-heçə edən təmsilçimiz mərhələ adlamaq üçün mütləq qalib gəlməlidir.
 
Ardıcıl 5 il qitə kuboklarının qrup mərhələsinə yüksələn “Qarabağ” eyni uğura gedən yolda ilk addımını “Dalğa Arena”da atmalıdır. Yeni mövsümün ilk ev oyununda doğma azarkeşləri önünə çıxacaq ağdamlılar mərhələ adlasa, “Riqa” (Latviya) – “Dandalk” (İrlandiya) cütünün qalibi ilə görüşəcəklər. Əgər çempionumuz bu vəzifənin öhdəsindən gələ bilməsə, mübarizəni Avropa Liqasında davam etdirəcək. Burada isə rəqib Moldova "Şerif"i olacaq. 
 
Qeyd edək ki, “Qarabağ” – “Partizani” görüşü saat 21:00-da başlayacaq.
 
Çempionlar Liqası
I təsnifat mərhələsi, cavab oyunu
17 iyul
 
21:00. “Qarabağ” – “Partizani” (Albaniya)
Baş hakim: Dumitri Muntean
Baş hakimin köməkçiləri: Vlad Lifçiu, Andrei Bodean
Dördüncü hakim: Aleksandru Tean (hamısı Moldova)
UEFA nümayəndəsi: Maykl Foster (İngiltərə)
Hakim-inspektor: Uilyam Yang (Şotlandiya)
Bakı. “Dalğa Arena” stadionu
İlk oyun – 0:0
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 579
avatar

Oxşar yazılar