Millimizin "Qarabağ"lı oyunçusu zədələndi
21 oktyabr 2013 10:53 (UTC +04:00)

Millimizin "Qarabağ"lı oyunçusu zədələndi

Ağdamın “Qarabağ” klubu və Azərbaycan milli komandasının futbolçusu Qara Qarayev zədələnib. Lent. az-ın məlumatına görə, 21 yaşlı müdafiəçi Topaz Premyer Liqasının X turunda “Sumqayıt”la səfər matçı zamanı xəsarət alıb.

 

Nəticədə o, 20-ci dəqiqədə yerini komanda yoldaşı Hacı Əhmədova verib. Oyundan sonra Qarayev Lent. az-a bildirib ki, ayağı burxulduğu üçün meydanı tərk etməli olub. Gənc futbolçu zədənin ciddilik dərəcəsinə oktyabrın 21-də aparılacaq tibbi müayinədən sonra aydınlıq gələcəyini söyləyib. O, ilkin ehtimallara əsasən, ən azı 1-2 həftə yaşıl meydanlardan uzaq qalacağını vurğulayıb.

 

Qeyd edək ki, hazırda Premyer Liqanın lideri olan “Qarabağ” XI turda “Xəzər Lənkəran”ın qonağı olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 980
avatar

Oxşar yazılar