“Qarabağ” futbol klubu qapıçı Miro Varvodiçlə yollarını ayırıb. Lent.az-ın məlumatına görə, 24 yaşlı qolkiperlə müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib.
Varvodiç klubun rəsmi saytına açıqlamasında “Qarabağ”da ilyarımlıq dövrünün möhtəşəm alındığını bildirib: “İlk dəfə Almaniya “Köln”ündən “Qarabağ”a gələndə klub, ölkə haqqında elə də məlumatım yox idi. Geridə buraxdığımız zaman müddətində atdığım addımın doğruluğunu gördüm. Amma eyni zamanda karyeramı düşünməliyəm. Həm Fərhad Vəliyev, həm də İbrahim Şehiç yetərincə yaxşı qolkiper və yaxşı insandırlar. Mən də oynamaq istəyirəm. Bu səbəbdən, klubla görüşdüm və daim oynamaq niyyətimə görə ayrılmaq istədiyimi bildirdim. Sağ olsunlar, məni anlayışla qəbul etdilər”.
Xorvatiyalı qapıçı “Qarabağ” karyerasını özü üçün itirilmiş hesab etmədiyini də vurğulayıb: “Ötən mövsüm çempionluğu son anda əldən verdik. Avropa Liqasında əla çıxış etdik. “Qarabağ”da hər kəsə təşəkkür edirəm. Daim bizi dəstəkləyən azarkeşlərimizə çox sağ ol deyirəm. Onları heç vaxt unutmayacağam”.
Qeyd edək ki, Miro Varvodiç “Qarabağ”a 2012-ci ilin yanında “Köln”dən transfer olunub.