“Qarabağ” Premyer Liqa klubuna məğlub oldu
20 iyun 2017 22:42 (UTC +04:00)

“Qarabağ” Premyer Liqa klubuna məğlub oldu

0

“Qarabağ” Avstriyada təlim-məşq toplanışını davam etdirir. Apasport.az saytının məlumatına görə, komanda bu gün ilk yoxlama oyununa çıxıb.

 

Ağdamlılar Rusiya Premyer Liqa təmsilçisi “Axmat”la üz-üzə gəlib. Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək Qurban Qurbanovun yetirmələri güclü rəqibi qarşısında sınaq şansı qazanıblar.

 

Son mövsümü Premyer Liqada 5-ci pillədə başa vuran "Axmat" bir neçə gün öncə Avstriyada digər təmsilçimiz “Qəbələ” ilə yoxlama görüşünə çıxmış və 1:0 hesablı qələbəyə sevinmişdi.

 

Bu dəfə də eyni hesab qeydə alınıb. Yenə Çeçenistan komandasının son dəqiqələrdə vurduğu yeganə qol qarşılıqsız qalıb və "Qarabağ" məğlubiyyətə düçar olub.

 

Qeyd edək ki, daha əvvəl “Terek” adı ilə tanınan komanda Çeçenistanın mərhum prezidenti Axmat Kadırovun şərəfinə “Axmat” adlandırılıb.

 

Yoxlama oyunu

20 iyun

 

“Qarabağ” – “Axmat” - 0:1

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 378

Oxşar yazılar