“Qarabağ” Polşaya gedir
23 iyul 2013 18:01 (UTC +04:00)

“Qarabağ” Polşaya gedir

 

 

Ağdamın “Qarabağ” klubu futbol üzrə Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi Polşa “Pyast”ı ilə cavab görüşünə iyulun 24-də yollanacaq. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, gümüş mükafatçılarımız bu gün saat 19:30-da Tofiq Bəhramov adına Respublika stadionunda sonuncu məşqinə çıxacaqlar.

 

Bununla da Bakıdakı hazırlıqlarını tamamlayacaq baş məşqçi Qurban Qurbanovun komandası sabah səhər birbaşa Polşanın Katovitse, oradan isə 30 km aralıda yerləşən Qlivitse şəhərinə yollanacaq. Polşadakı yeganə məşq iyulun 24-də oyunun keçiriləcəyi “Piast” stadionunda olacaq.

 

Qeyd edək ki, ilk oyun “Qarabağ”ın qələbəsi ilə yekunlaşıb – 2:1. Cavab görüşü saat 20:30-da başlanacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 646
avatar

Oxşar yazılar