“Qarabağ” gedir
06 avqust 2013 11:47 (UTC +04:00)

“Qarabağ” gedir

Futbol üzrə Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşündə İsveç “Gefle”si ilə səfərdə qarşılaşacaq “Qarabağ” klubu bu gün yola düşəcək. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda üzvləri saat 16:00-da çarter reysi ilə oyunun keçiriləcəyi Sundsval şəhərinə yollanacaqlar.

 
Heyətdə 19 futbolçu yer alacaq. “Scandic Nord” otelində məskunlaşacaq “Qarabağ”  avqustun 7-də yerli vaxtla 19:00-da (Bakı vaxtı ilə 22:00) sonuncu məşqinə çıxacaq.
 

Qeyd edək ki, ilk oyunda “Qarabağ” 1:0 hesabı ilə qalib gəlib. Cavab görüşü avqustun 8-də Bakı vaxtı ilə saat 22:00-da başlanacaq. “Norrporten Arena”da baş tutacaq oyunu isveçrəli referi Ştefan Klossner idarə edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 856
avatar

Oxşar yazılar