UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində avqustun 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Qefle” (İsveç) qarşılaşmasına hakim təyinatında dəyişiklik edilib.
Lent.az-ın verdiyi məlumata görə, fransalı referi köməkçisi Djemel Zitouninin əvəzinə bu oyunda Türkiyəni təmsil edən Serkan Ok yan xətt hakimi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, “Qarabağ” – “Qefle” qarşılaşması avqustun 1-də saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyunu fransalı hakimlər qrupu -Nicolas Rainville, Stephan Luzi, Sebastien Desiage və Serkan Ok idarə edəcək.