Türkiyəli bir usta “Qalatasaray” üçün maraqlı hədiyyə hazırlayıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, “Kastamonuspor”la Türkiyə Kuboku çərçivəsində keçiriləcək oyundan qabaq kastamonulu taxta ustası Saleh Bekdaş kluba taxta top hədiyyə edib.
Ağcaqayın ağacından mükəmməl və nəfis şəkildə hazırlanmış topun üstündə “Qalatasaray” loqosu həkk olunub. 32 yaşlı usta sənət əsərini bir həftəyə ərsəyə gətirib.