“Qalatasaray” Terimin Türkiyə yığmasında baş məşqçi olmasına razılaşdı
22 avqust 2013 15:51 (UTC +04:00)

“Qalatasaray” Terimin Türkiyə yığmasında baş məşqçi olmasına razılaşdı

“Qalatasaray” klubunun rəhbərliyi baş məşqçi Fatih Terimin futbol üzrə Türkiyə milli komandasının da sükanı arxasına keçməsinə razılıq verib. Lent.az-ın məlumatına görə, bu barədə klub prezidenti Ünal Aysalla Terim arasındakı görüş zamanı qərar verilib.

 

Aysal jurnalistlərə açıqlamasında deyib: “Baş məşqçimizə 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsindəki qalan 4 oyunda Türkiyə yığmasına da rəhbərlik etməsinə icazə verdik. Terim istəsə, mayadək federasiyamıza hər cür dəstək verə bilərik. Federasiya rəhbərliyi qəbul etsə, o, həm millidə, həm də “Qalatasaray”da çalışacaq”.

 

Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Dəmirörən isə bu məsələni İcraiyyə Komitəsinin iclasında müzakirə edəcəklərini söyləyib: “Terimdən hələ vaz keçməmişik. Təklifi dəyərləndirəcəyik”.

 

Qeyd edək ki, Türkiyə yığmasında baş məşqçi postu bir neçə gün öncə Abdullah Avcının istefa verməsindən sonra boşalıb. D qrupudan yer alan “ay-ulduzlular” cari seçmə tsiklin sonunadək evdə Andorra (6 sentyabr) və Hollandiya (15 oktyabr), səfərdə Rumıniya (10 sentyabr) və Estoniya (11 oktyabr) ilə görüşməlidirlər. Hazırda bu qrupda 6 turdan sonra 18 xalı olan Hollandiya 1-ci, 11 xal yığan Macarıstan 2-ci, 10 xala malik Rumıniya 3-cü pillədə qərarlaşıb. Türkiyə isə 7 xalla 4-cüdür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 684
avatar

Oxşar yazılar