“Qalatasaray” məni buraxmadıqca, mən “Qalatasaray”ı buraxmayacağam”
21 avqust 2013 11:55 (UTC +04:00)

“Qalatasaray” məni buraxmadıqca, mən “Qalatasaray”ı buraxmayacağam”

“Qalatasaray” futbol komandasının baş məşqçisi Fatih Terim Türkiyə millisinin sükanı arxasına keçəcəyinə dair xəbərlərə münasibət bildirib. Lent.az-ın məlumatına görə, 60 yaşlı mütəxəssis klubun rəsmi saytı vasitəsilə açıqlama verib.

 

O bildirib ki, adının Türkiyə yığması ilə birgə anılması hər bir baş məşqçi üçün qürurvericidir. Üstəlik, həm futbolçu, həm də baş məşqçi kimi illərini “ay-ulduzlular”a vermiş birisi üçün bu, daha böyük şərəfdir: “Həyatının hər anını ölkə futbolunun uğuru və gələcəyini qurmaq üçün çalışaraq yaşayan biri kimi ehtiyac duyulduqda mənliyimdən və etik qaydalardan vaz keçmədən yardımçı olacağımdan heç kimin şübhəsi olmasın. Ancaq özünü “Qalatasaray”a vermiş və bu ailənin bir fərdi olmaqdan hər zaman qürur duymuş birinin “Qalatasaray”dan vaz keçəcəyinə inanmaq doğru olmaz. Keçmişdə olduğu kimi, indi də “Qalatasaray” məni buraxmadıqca, mən “Qalatasaray”ı buraxmayacağam”.

 

Qeyd edək ki, ötən gün Abdullah Avcı Türkiyə millisinin baş məşqçi postundan istefa verib. Onun yerinə əsas namizəd kimi Fatih Terimin adı hallanırdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 806
avatar

Oxşar yazılar