“Qalatasaray” hücumçusunu icarəyə verdi
01 avqust 2013 17:05 (UTC +04:00)

“Qalatasaray” hücumçusunu icarəyə verdi

 

İstanbulun “Qalatasaray” klubu hücumçusu Sercan Yıldırımı 150 min avro müqabilində Birinci Liqa komandalarından “Şanlıurfaspor” klubuna icarəyə verdiyini rəsmən açıqlayıb.

 

Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Sercan Yıldırımı 2013-2014-cü il futbol mövsümündə “Şanlıurfaspor”un şərəfini qoruyacaq.

 

“Şanlıurfaspor” Sercan Yıldırıma mövsüm ərzində 700 min avro transfer haqqı və hər matç üçün 8 min 500 avro ödəyəcək.

“Qalatasaray” həm də Sercan Yıldırım ilə klubun müqaviləsinin müddətinin 2016-2017-ci il futbol mövsümünə qədər uzadıldığını da açıqlayıb.

 

 

 

# 817
avatar

Oxşar yazılar