“Qalatasaray” daha bir kubok qazandı
05 avqust 2013 10:55 (UTC +04:00)

“Qalatasaray” daha bir kubok qazandı

Türkiyənin “Qalatasaray” futbol komandası tarixində ilk dəfə qatıldığı “Emirates Cup”un qalibi olub. Lent.az-ın məlumatına görə, sonuncu matçında “Cim-Bom” ev sahibi İngiltərə “Arsenal”ını 2:1 hesabı ilə yenib.

 

Hesabı 39-cu dəqiqədə “topçular”ın hücumçusu Teo Uolkott açıb. 78-ci dəqiqədə Didye Droqba penalti zərbəsi ilə bərabərlik, 87-ci dəqiqədə isə bərabərlik qolunu vurub. Bununla da “Qalatasaray” 13 il öncə “Arsenal”ı UEFA Kubokunun finalında yendiyi kimi, bu dəfə məğlub edərək, daha bir kuboka yiyələnib.

 

Qeyd edək ki, “Emirates Cup”da 4 komanda yarışıb. “Qalatasaray” əvvəlki qarşılaşmasında Portuqaliya “Portu”sunu yenib – 1:0. Əsasnaməyə görə, qələbəyə 3, heç-heçəyə 1 xal verilib. Üstəlik, hücum futbolunun dəstəklənməsi məqsədilə hər qol 1 xalla qiymətləndirilib. Bunun nəticəsində “Cim-Bom” 9 xalla turnirin qalibi olub. Portuqaliya “Portu”su 6 xalla 2-ci yeri tutub. “Arsenal” və İtaliya “Napoli”si isə hərəyə 4 xalla 3-4-cü yerləri bölüşdürüb.     

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1682
avatar

Oxşar yazılar