“Neftçi”nin qapıçısı cəzalandırıldı
12 noyabr 2013 13:39 (UTC +04:00)

“Neftçi”nin qapıçısı cəzalandırıldı

AFFA İntizam Komitəsinin növbəti iclasında Topaz Premyer Liqasının XIII turunda baş verənlərə də hüquqi qiymət verilib. Lent.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, “Neftçi”nin qapıçısı Saşa Stamenkoviç “Bakı” ilə görüşdə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalanıb.

 

Serbiyalı qolkiper 27-ci dəqiqədə sonuncu ümid foluna yol verməsi səbəbindən diskvalifikasiya edilib. Onun klubu isə 200 manat ziyana düşüb. 1 və 31-ci dəqiqələrdə “Neftçi”nin azarkeşləri, 16 və 59-cu dəqiqələrdə isə “Bakı”nın azarkeşləri meydançaya kənar əşya atdıqları üçün hər iki klub 2000 manat cərimələnib. “Neftçi”yə daha 1000 manat cərimə isə 4 futbolçusunun sarı vərəqə alması səbəbindən kəsilib.

 

Eyni səbəbdən, AZAL da 1000 manat ziyana düşüb. “Təyyarəçilər”in 6 futbolçusuna “Qarabağ”la görüşdə sarı vərəqə göstərilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 879
avatar

Oxşar yazılar