“Neftçi”nin futbolçusu Türkiyə yığmasına qarşı oynayacaq
30 iyul 2013 17:36 (UTC +04:00)

“Neftçi”nin futbolçusu Türkiyə yığmasına qarşı oynayacaq

 

“Neftçi”nin hücumçusu Bahodir Nasimov Özbəkistan milli komandasına dəvət alıb.

 

Lent.az-ın verdiyi məlumata görə,  Bahodir Nasimov Özbəkistan yığmasının heyətində 2014-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində İordaniyaya qarşı pley-off oyunlarında iştirak edə bilər.

 

Özbəkistan millisi bu komanda ilə sentyabrın 6-da səfərdə, 10-da isə evdə qarşılaşacaq. Hücumçu bu oyunlara hazırlıq məqsədilə avqustun 11-dən 15-dək Daşkənddə təşkil olunacaq təlim-məşq toplanışına da çağırılıb. Özbəkistan yığması həmin toplanış çərçivəsində avqustun 14-də  Türkiyə milli komandası ilə yoldaşlıq görüşü keçirəcək. 

 

 

 

 

# 928
avatar

Oxşar yazılar